Pentaqon ölkə xaricində yeni poliqonlar yaratmağı planlaşdırır

2026/06/1780570133.jpg
Oxunub: 243     04:08     24 İyun 2026    
ABŞ ordusu Ukraynadakı döyüşləri imitasiya edən xüsusi təlim poliqonu yaratmağı planlaşdırır.

Ordu.az "CBS News"a istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun katibi Daniel Driskoll jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni təlim meydançalarında elektron müharibə şəraitini, döyüş vəziyyətlərini və pilotsuz uçuş aparatlarının (PUA) geniş istifadəsini əhatə edən ssenariləri simulyasiya etmək planlaşdırılır. Orada hərbi qulluqçular, dron istehsalçıları və əks-tədbir sistemlərinin inkişaf etdiriciləri arasında birbaşa qarşılıqlı əlaqə də təşkil olunacaq.

Driskoll qeyd edib ki, bu cür mərkəzlər ABŞ ordusuna müasir müharibə reallıqlarını nəzərə alan təlimi keçməyə imkan verəcək. O, həmçinin ABŞ ordusunun ölkə xaricində daha "aqressiv təlim"in keçiriləcəyi oxşar bir təlim mərkəzi yaratmağı düşündüyünü söyləyib.

"CBS News"un qeyd etdiyi kimi, bu, ABŞ-da elektron müharibə sistemlərinin istifadəsinə qoyulan məhdudiyyətlərlə bağlı ola bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin