Məsud Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib

2026/04/1777555387.jpg
Oxunub: 195     22:29     23 İyun 2026    
İslam ölkələrinin birliyi ixtilaflara qarşı mübarizənin ən təsirli yoludur.

Ordu.az IRIB-yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdə deyib.

Onun sözlərinə görə, İran və Pakistan arasındakı münasibətlər praktikada möhkəmləndirilməlidir.

Ş. Şərif isə bildirib ki, İran Prezidentinin səfəri bütün dünyaya Tehran və İslamabad arasında qarşılıqlı etimadın aydın mesajını göndərir:

"İran və Pakistan arasında ticarət dövriyyəsinin həcmini 30 milyard dollara çatdırmaq lazımdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Pakistan  


Bizi "telegram"da izləyin