Ordu.az-ın məlumatına görə, bu barədə "ABC News" ABŞ Sahil Mühafizəsinin Arktika İdarəsinə istinadən xəbər verib.
"Sahil Mühafizəsinin "MH-60 Jayhawk" helikopterinin qəzaya uğraması barədə məlumatdan sonra təcili yardım qrupları və axtarış-xilasetmə qrupları Juno yaxınlığındakı Sitkaya göndərilib", - qurum bildirib.
Hadisənin səbəbi hələ məlum deyil.
"Komanda üzvlərimizin təhlükəsizliyi, rifahı və xilası bizim prioritetimizdir. Hadisənin şərtlərini müəyyən etmək üçün rəsmi araşdırma aparılacaq", - idarə bildirib.
Ordu.az