Tramp İranın dəniz blokadasının hava hücumlarından daha effektiv olduğunu bildirib

2026/05/1779950914.jpg
Oxunub: 206     04:18     23 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar Ordusunun İran dəniz limanlarını blokadaya almasının bombardmandan daha səmərəli olduğunu və Vaşinqtonun lazım gələrsə, bu cür taktikalara qısa zamanda qayıtmağa hazır olduğunu bildirib.

Ordu.az-ın məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

ABŞ lideri İran ətrafındakı vəziyyəti şərh edərkən edib: "Bilmək istəyirsinizsə, hesab edirəm, blokada bombardmandan daha təsirlidir. Biz bunu, deyərdim ki, 15 dəqiqədən sonra yenidən etməyə hazırıq".

O, həmçinin ABŞ-nin hərb naziri Pit Heqsetə müraciət edərək blokadanın tez bir zamanda bərpa olunması ehtimalını aydınlaşdırıb.

"Silahlı Qüvvələr lazım gələrsə, elə indi hərəkətə keçməyə hazırdır", - Pentaqon rəhbəri cavab verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin