İran və ABŞ Hörmüz boğazı məsələləri ilə bağlı əlaqə xətti yaradıblar

2026/03/1773466996.jpg
Oxunub: 204     03:49     23 İyun 2026    
ABŞ və İran danışıqçıları Hörmüz boğazından keçən gəmilər üçün yarana biləcək problemləri həll etmək üçün əlaqə xətti yaradıblar.

Ordu.az-ın məlumatına görə, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib.

M.Qalibaf izah edib ki, bu mexanizm münaqişə vəziyyətləri və insidentlərdən qaçmağa kömək edəcək.

Bundan əlavə, o, İsveçrədə keçirilən son danışıqlarda tərəflərin İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının aradan qaldırılması barədə razılığa gəldiyini qeyd edib.

Parlamentin sədri ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin liderləri arasında olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin