WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək

2026/06/1781860211.jpg
Oxunub: 222     02:58     23 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə Pentaqon və Amerikanın əsas müdafiə şirkətlərinin rəhbərliyini raket və digər sursat istehsalını sürətləndirmək məsələsini müzakirə etmək üçün çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp müdafiə sənayesini İranla münaqişə səbəbindən Amerikanın tükənmiş silah ehtiyatlarını daha tez doldurmağa çağırmaq niyyətindədir.

Görüşdə müdafiə nazirinin müavini Stiven Faynberq, eləcə də "Lockheed Martin", RTX, "Boeing", "L3Harris", "Northrop Grumman" və "Honeywell Aerospace" şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

WSJ qeyd edib ki, Pentaqon əvvəllər istehsalçılarla "Patriot" və "Tomahawk" raketlərinin istehsalını artırmaq üçün ilkin razılaşmalar əldə edib, lakin bu proqramlar üçün tam maliyyələşdirmə hələ Konqres tərəfindən təsdiqlənməyib.

Nəşrin məlumatına görə, hərbi qurum 2027-ci maliyyə ili üçün büdcə layihəsində "Patriot", "Standard Missile" və THAAD raketləri də daxil olmaqla 12 növ vacib sursatın istehsalını genişləndirmək üçün 52,9 milyard dollar istəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin