Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp iyunun 22-də Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Dondurulmuş vəsaitlərlə ərzaq alınacaq və bu məhsullar yalnız ABŞ-dən, bizim fermerlərdən alınacaq”, - deyə Tramp qeyd edib.
Onun sözlərinə görə, həmin vəsaitlər əsasən soya, qarğıdalı və digər kənd təsərrüfatı məhsullarının alınmasına yönəldiləcək.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti ilə bağlı əməliyyatlara müvəqqəti icazə verən ümumi lisenziya dərc edib.
Sənədə əsasən, avqustun 21-dək İran neftinin və neft məhsullarının hasilatı, satışı, tədarükü və boşaldılması üçün zəruri olan bütün əməliyyatlara icazə verilir. Bu icazə ABŞ sanksiyalarına məruz qalmış gəmilərlə həyata keçirilən əməliyyatlara da şamil olunur.
Xatırladaq ki, iyunun 17-də ABŞ və İran hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalayıb. Sənədə əsasən, tərəflər 60 gün ərzində müharibənin başa çatdırılması ilə bağlı razılığa gəlməlidirlər.
Lakin iyunun 20-də İran Livanda İsrailin həyata keçirdiyi əməliyyatları əsas gətirərək Hörmüz boğazını bağlamaq niyyətini yenidən bəyan edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp İslam Respublikasını məhv etməklə hədələyib.
Sevinc Əliyeva
Ordu.az