“Hizbullah” lideri İsrail qoşunlarının Livandan çıxmasını tələb edib

2026/06/1781892296.jpg
Oxunub: 194     03:12     22 İyun 2026    
İsrail vəziyyətin normallaşması üçün qoşunlarını Livan ərazisindən çıxarmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Hizbullah” hərəkatının lideri Naim Qasım bildirib.

O, İsrail qüvvələrinin Livanı tərk etməsinin vacibliyini vurğulayıb. Əks halda İsrail hərbçiləri üçün Livanın cənubunda nəzarət etdikləri ərazilərdə “təhlükəsiz zonalar” mövcud olmayacaq.

Qeyd olunur ki, bundan əvvəl İsveçrədə ABŞ nümayəndələri ilə danışıqlar aparan İran nümayəndə heyəti də İsrail ilə “Hizbullah” arasında döyüşlərin dayandırılmasını və İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını Vaşinqtonla Tehran arasında münaqişənin həlli istiqamətində səylərin davam etdirilməsi üçün vacib şərtlərdən biri kimi qiymətləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin