Ordu.az xəbər verir ki, müvafiq məlumat "X" sosial şəbəkəsində yerləşdirilib.
"Hərbi eskalasiya başlayandan bəri öldürülən livanlıların ümumi sayı 4 106-ya, yaralıların sayı isə 12 153-ə çatıb", - Səhiyyə Nazirliyinin rəsmi məlumatında bildirilib.
Açıqlanan məlumatlara əsasən, İsrail Hərbi Hava Qüvvələrinin ötən sutka ərzində ölkənin cənubundakı Nəbatiyyə əyalətində Livanın radikal "Hizbullah" qruplaşmasının obyektlərinə endirdiyi zərbələr 49 nəfərin ölümünə səbəb olub, daha 32 nəfər isə yaralanıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, bazar günü İsrail aviasiyası zərbələri radikalların müdafiə mövqeləri tutduğu Əli-Tahər yüksəkliklərində cəmləşdirib. Bundan əlavə, Kfar-Tibnit yaşayış məntəqəsinə və Nəbatiyyə-əl-Fauqa ətrafına pilotsuz uçuş aparatlarının hücumları barədə məlumatlar daxil olub, nəticədə xəsarət alanlar var, onların dəqiq sayı müəyyənləşdirilməyib.
Ordu.az