Pezeşkian: Hərbi komandanlıq ABŞ ilə danışıqların lehinədir

2026/04/1777555387.jpg
Oxunub: 179     19:05     21 İyun 2026    
İranın hərbi komandanlığı İsveçrədə ABŞ ilə aparılan danışıqların lehinədir.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Peseşkian deyib.

"Hərbi komandirlərimiz hesab edirlər ki, biz bu danışıqları aparmalıyıq", - o bildirib.

İran Prezidentinin sözlərinə görə, bununla bağlı qərar Təhlükəsizlik Şurasında yekdilliklə qəbul edilib: "Hamının sözü bir və həmrəy idi".

Xatırladaq ki, iyunun 18-də İranın Ali rəhbəri Müctəba Xamenei ABŞ ilə anlaşma memorandumu haqqında başqa planlarının olduğunu bildirsə də, sənədi M. Pezeşkianın öhdəsinə buraxdığını açıqlayıb.

Qeyd edək ki, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İsveçrədə keçirilən danışqlarda memorandumla bağlı irəliləyişin əldə olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   ABŞ  


Bizi "telegram"da izləyin