İran və ABŞ İsveçrədə keçirilən danışıqlarda irəliləyiş əldə edib

2026/06/1782105111.jpg
Oxunub: 265     09:09     22 İyun 2026    
İsveçrədə keçirilən İran-ABŞ danışıqları tərəflərə müəyyən irəliləyiş əldə etməyə imkan verib və bu, nikbinlik yaradır.

Ordu.az xəbər verir ki, bu barədə vasitəçi qismində çıxış edən Pakistan və Qətər nümayəndələrinin birgə bəyanatında bildirilib.

“İrəliləyiş əldə etmək mümkün olub və bu, nikbinlik yaradır”, - deyə bazar ertəsi gecəsi yayılan bəyanatda qeyd olunub.

Sənəddə görüşün atmosferinin “müsbət və konstruktiv” olduğu vurğulanıb.

Tərəflər həmçinin Livanda münaqişə vəziyyətlərinin qarşısının alınması məqsədilə xüsusi qrupun yaradılması barədə razılığa gəliblər.

“ABŞ, İran və Livanın daxil olacağı münaqişələrin qarşısının alınması qrupunun yaradılması barədə razılıq əldə olunub. Vasitəçilər qrupun fəaliyyətinə dəstək göstərəcəklər”, - deyə sənəddə bildirilir.

Qrupun əsas məqsədi İsrail ilə “Hizbullah” arasında döyüş əməliyyatlarının dayandırılmasını təmin etmək olacaq.

Bəyanatda qeyd olunub ki, bütün məsələlər üzrə texniki danışıqlar həftənin sonunadək Bürgenştok kurortunda davam etdiriləcək.

Vasitəçilər ABŞ ilə İran arasında yekun razılaşmanın əldə olunması üçün danışıqların konstruktiv mühitdə davam etməsinə kömək göstərməkdə davam edəcəklərini bildiriblər.

İranın xarici işlər naziri Abbas Əraqçi də “X” sosial şəbəkəsində yayımladığı açıqlamada Pakistan və Qətərin vasitəçilik səylərinin Livanda müharibənin dayandırılması istiqamətində əhəmiyyətli irəliləyişə səbəb olduğunu vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin