"Hizbullah" Livan hökumətini İsraillə danışıqlara son verməyə çağırıb

2026/06/1780395688.jpg
Oxunub: 169     20:04     21 İyun 2026    
Radikal "Hizbullah" qruplaşması Livan hökumətini İsraillə danışıqlara son verməyə çağırıb.

Ordu.az xəbər verir ki, qruplaşmanın bəyanatını "Fars" agentliyi yayıb.

Bəyanatda Livanın hakimiyyətinin Vaşinqtondakı birbaşa danışıqları "ABŞ hökumətinin diktələrinə boyun əymək" və "ölkənin suverenliyini qəsb etmək" kimi dəyərləndirilib.

"Bu kompromisli danışıqlardan heç bir halda xeyir və fayda gözləmək olmaz. Çünki onun mənşəyi səhv və şübhəlidir, məqsədi isə diktələrə boyun əymək və təslim olmaqdır", - "Fars" bəyanatdan sitat gətirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   Livan  


Bizi "telegram"da izləyin