İsveçrə XİN: ABŞ, İran, Qətər və Pakistan arasında danışıqlar təxirə salınıb

2026/06/1781855023.jpg
Oxunub: 228     11:42     19 İyun 2026    
ABŞ, İran, Qətər və Pakistan nümayəndələri arasında keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin bəyanatında qeyd olunub ki, cümə günü keçirilməsi nəzərdə tutulan görüşlər sonrakı tarixə keçirilib.

“ABŞ, İran, Qətər və Pakistan arasında planlaşdırılan danışıqlar təxirə salınıb. İsveçrə əvvəlki kimi bu danışıqların keçirilməsinə dəstək verməyə hazırdır”, - deyə açıqlamada bildirilib.

Bəyanatda həmçinin vurğulanıb ki, Bürgenştokda müvafiq hazırlıq işləri davam etdirilir.

Danışıqların hansı tarixdə keçiriləcəyi barədə əlavə məlumat verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   XİN  


Bizi "telegram"da izləyin