Livanda martın 2-dən etibarən ölənlərin sayı 3912 nəfərə çatıb

2025/10/1760155380.jpg
Oxunub: 192     20:42     18 İyun 2026    
Livanda martın 2-dən etibarən İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olanların sayı ən azı 3912 nəfərə yüksəlib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Livan Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Tibbi Əməliyyatlar Mərkəzinin məlumatına görə, həmin dövrdə daha 11 min 873 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilib ki, bir milyondan çox sakin yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb. Qurumun açıqlamasında qeyd olunur ki, ölənlər arasında yüzlərlə uşaq, qadın və tibb işçisi var.

ABŞ ilə İran arasında əldə olunmuş və yaxın günlərdə rəsmi şəkildə imzalanması gözlənilən razılaşmada bütün istiqamətlər üzrə hərbi əməliyyatların dayandırılması nəzərdə tutulsa da, İsrail Hərbi Hava Qüvvələri və artilleriyası Livanın cənubundakı yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir.

İsrail rəsmiləri isə əməliyyatların davam etdirilməsi niyyətində olduqlarını və buna ölkə ərazisində hərbi mövcudluğun saxlanılmasının da daxil olduğunu bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin