Erməni fəal Paşinyana qarşı məhkəmə iddiası qaldırıb

2026/05/image-1779370761.jpg
Oxunub: 168     20:29     18 İyun 2026    
Erməni fəal Artur Osipyan Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, Artur Osipyan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, mayın 18-də Nikol Paşinyanın onun barəsində səsləndirdiyi böhtan xarakterli və həqiqətə uyğun olmayan açıqlamalar səbəbindən şərəf və ləyaqətini müdafiə etmək məqsədilə məhkəməyə müraciət edib.

Osipyan qeyd edib ki, azadlıqdan məhrum olunduğu müddətdə başqa çıxış yolu görmədiyi üçün aclıq aksiyasına başlayıb, lakin prokurorluq onun barəsində seçilmiş qətimkan tədbirini dəyişdirdikdən sonra mübarizəni hüquqi müstəvidə davam etdirmək qərarına gəlib.

Onun sözlərinə görə, Ermənistanın ümumi yurisdiksiya məhkəməsinə təqdim edilən iddiada böhtan hesab etdiyi məlumatların ictimai şəkildə təkzib olunması və Nikol Paşinyanın üzr istəməyə məcbur edilməsi tələb olunur.

Osipyan əlavə edib ki, onun barəsində başlanmış cinayət işi hələ də davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Osipyan   Paşinyan  


Bizi "telegram"da izləyin