İran Fars körfəzi ölkələri ilə anlaşılmazlıqları aradan qaldırmaq istəyir

2026/06/1781799523.jpg
Oxunub: 188     20:01     18 İyun 2026    
İran ABŞ ilə razılaşmanın regionda sülh, sabitliyin bərpasına gətirib çıxaracağına ümid edir və mövcud anlaşılmazlıqların aradan qaldırılması üçün Fars körfəzi ölkələri ilə dialoqu zəruri sayır.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi küveytli həmkarı Şeyx Cərrah Cabir Əl-Əhməd Əs-Sabahla telefon danışığında bildirib.

Söhbət zamanı İslamabad anlaşma memorandumu, regional proseslər və ikitərəfli münasibətlər müzakirə edilib.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin bir sıra mühüm məsələləri ətrafında fikir mübadiləsi aparıb və qaldırılan məsələlərin gələcəkdə nəzərdən keçirilməsi üçün diplomatik məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Xatırladaq ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müddəalar yer alır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Küveyt  


Bizi "telegram"da izləyin