Mikayıl Cabbarov İranla nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edib

2026/06/1781797011.jpg
Oxunub: 213     19:13     18 İyun 2026    
Azərbaycan və İran nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıblar.

Ordu.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində İran İslam Respublikasının iqtisadi işlər və maliyyə nazirinin müavini, İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OIETAI) prezidenti Mehdi Heydəri ilə görüşdük. Ölkələrimiz arasında cari vəziyyəti, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin biznes əlaqələrinin daha da gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük", - deyə nazir qeyd edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikayıl-Cabbarov   Azərbaycan   İran  


Bizi "telegram"da izləyin