“Güclü Ermənistan”: Davit Qaziniyanın həbs edilməsi adi siyasi təqibdir

2026/06/1781796670.jpg
Oxunub: 209     19:28     18 İyun 2026    
“Güclü Ermənistan” partiyası partiya şurasının üzvü və deputatlığa namizəd Davit Qaziniyanın həbs olunmasını siyasi təqib kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, bununla bağlı “Güclü Ermənistan” partiyası bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, istintaq orqanları, prokurorluq və məhkəmələr hazırkı hakimiyyət tərəfindən müxalifət nümayəndələrini cəzalandırmaq və susdurmaq alətinə çevrilib.

Partiya hesab edir ki, bu proses ölkədə demokratiyanın tamamilə məhv edilməsinə yönəlmiş növbəti addımdır.

“Biz buna dözməyəcəyik və qanunun verdiyi bütün imkanlardan istifadə edərək sonadək mübarizə aparacağıq”, - deyə bəyanatda vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qaziniyan  


Bizi "telegram"da izləyin