IsDB Qrupunun sədri ölkələri Azərbaycandan nümunə götürməyə çağırıb

2026/06/Ekran-1781793104.jpg
Oxunub: 207     18:06     18 İyun 2026    
Azərbaycan fəal modernləşmə kursunu izləməyə qəti şəkildə hazır olduğunu nümayiş etdirib.

Ordu.az xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı (IsDB) Qrupunun sədri Məhəmməd Əl-Casir Bakıda keçirilən IsDB Qrupunun illik toplantıları çərçivəsində bildirib.

"Daxili və xarici inkişafa yönəlmiş dayanıqlı inteqrasiya modelinə keçid arxitekturası artıq formalaşıb. Biz öz gücümüzə və imkanlarımıza etimadı bərpa etməliyik. Mövcud arsenaldan ən yaxşı alətləri təklif etməliyik ki, hər kəsin onlardan istifadə etmək imkanı olsun.

Bundan əlavə, biz özümüzə inanmalıyıq. İrimiqyaslı layihələrə qoşulmaqdan çəkinmək lazım deyil. Hesab edirəm ki, Azərbaycan məhz bu yolla irəliləmək qətiyyətində olduğunu artıq təsdiqləyib. Ümid edirəm ki, digər ölkələr də bu nümunənin ardınca gedəcəklər", - M. Əl-Casir vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IsDB   Azərbaycan  


Bizi "telegram"da izləyin