Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Maliyyə-Kredit və Büdcə Məsələləri Daimi Komissiyasının iclasında Su Komitəsi sədrinin müavini Nvard Vardanyan bildirib.
Onun sözlərinə görə, kredit vəsaitləri su təsərrüfatı və kənd təsərrüfatı sahələrinin inkişafına yönəlmiş kompleks proqramın həyata keçirilməsinə sərf olunacaq.
Vardanyan qeyd edib ki, Ermənistanda su və suvarma infrastrukturunun ciddi şəkildə köhnəlməsi, yüksək itkilər və iqlim dəyişiklikləri ilə bağlı risklərin artması su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı kənd təsərrüfatının təmin edilməsi üçün ciddi problemlər yaradır.
Məlumata görə, layihə çərçivəsində vəsaitlərin bir hissəsi Dünya Bankının “Su Təchizatı və Suvarmanın Təkmilləşdirilməsi” (WISE) proqramı ilə birgə maliyyələşdiriləcək.
Fransanın İnkişaf Agentliyinin maliyyələşdirməsi üç mərhələdən ibarət olacaq.
Belə ki, Zəngəzur bölgəsində layihələrin həyata keçirilməsi üçün 30 milyon avro, WISE proqramının birinci mərhələsi üçün 30 milyon avroya qədər, ikinci mərhələsi üçün isə 40 milyon avroya qədər vəsait ayrılacaq.
Dünya Bankı layihənin həmmaliyyələşdiricisi olacaq. Bundan başqa, Avropa İttifaqı texniki yardım məqsədilə 12,456 milyon avro həcmində qrant ayırmağı planlaşdırır.
Saziş ratifikasiya olunduqdan sonra üç il müddətində qüvvədə qalacaq. Qısa müzakirələrdən sonra parlament komissiyası qanunvericilik təşəbbüsünə müsbət rəy verib.
Alpər Mövludoğlu
Ordu.az