"Almaniya Aİ-Azərbaycan münasibətlərini dəstəkləyir" - Horlemann

2026/06/Ekran-1781522496.jpg
Oxunub: 203     17:33     15 İyun 2026    
Avropa İttifaqının ən böyük iqtisadiyyatı və Avropa inkişafının fəal tərəfdarı olan Almaniya həmişə Aİ ilə Azərbaycan arasında güclü münasibətlər saxlayıb.

Ordu.az-ın verdiyi məlumata görə, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən mətbuat brifinqi zamanı bildirib.

"Tərəflər yeni əməkdaşlıq müqaviləsi üzrə danışıqlar aparırlar. Beləliklə, bir çox müsbət dəyişikliklər baş verir ki, bu da Avropa İttifaqının regiona və Azərbaycana olan əhəmiyyətli marağını vurğulayır. Son illərdə bu maraq enerji təhlükəsizliyi baxımından daha çox özünü göstərir, çünki Azərbaycan mühüm enerji təchizatçısı, Asiya ilə Avropa arasındakı marşrutda mərkəzdir", - deyə səfir bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı regiondakı proseslərdə fəal iştirak edir.

"Məsələn, Avrop İttifaqı Naxçıvanda Orta Dəhlizin mühüm elementinə çevriləcək dəmir yolunun modernləşdirilməsində iştirak edir və enerji də daxil olmaqla bir çox digər sahələrdə də dəstək verir.

Almaniya üçün bu inkişafın davam etməsi və bu əlaqələrin genişlənməsi və dərinləşməsi vacibdir, çünki bu region Avropada əhəmiyyətli və getdikcə daha vacib rol oynayır", - deyə Hårlemann bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya     Azərbaycan  


Bizi "telegram"da izləyin