Hörmüz boğazının açılması üçün Avropa missiyası yerləşdirilə bilər

2026/05/1777995341.jpg
Oxunub: 238     16:52     15 İyun 2026    
İran-ABŞ sülh müqaviləsinin imzalanmasından sonra iki-üç gün ərzində Hörmüz boğazının açılması üçün Avropa missiyası yerləşdirilə bilər.

Ordu.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

O, məqsədlərdən birinin dəniz yolundan keçən gəmilər üçün rüsumların yığılmasının qarşısını almaq olduğunu bildirib.

Missiyaya Fransa və Böyük Britaniya rəhbərlik edəcək. Makron bildirib ki, İtaliya və Niderlandda missiyaya qoşulmağa hazırdır.

ABŞ və İran 15 iyun gecəsi sülh razılaşmalarına çatdıqlarını elan ediblər. 19 iyunda Cenevrədə memorandum imzalama mərasimi planlaşdırılır. Sazişdə Livan da daxil olmaqla, hərbi əməliyyatların dayandırılması, İrana qarşı dəniz blokadasının qaldırılması və Hörmüz boğazında sərbəst naviqasiyanın bərpası nəzərdə tutulur. Sazişin rəsmi imzalanmasından sonra tərəflər münaqişənin yekun həlli ilə bağlı 60 günlük danışıqlara başlayacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Avropa   Missiya  


Bizi "telegram"da izləyin