Ermənistanın xarici işlər naziri Aİ-nin genişlənmə məsələləri üzrə komissarı ilə görüşüb

2026/06/1781522188.jpg
Oxunub: 186     15:15     15 İyun 2026    
Aİ üzv dövlətlərinin xarici işlər nazirlərinin şurası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Marta Kos Ararat Mirzoyanı parlament seçkilərində qələbə münasibətilə təbrik edib və bildirib ki, bu nəticə Ermənistan-Aİ tərəfdaşlığının daha da dərinləşdirilməsi istiqamətində müsbət siqnaldır.

“Tərəflər Ermənistan-Aİ əməkdaşlığının iqtisadi komponentinin gücləndirilməsi istiqamətində konkret mexanizmləri və yaxın dövrdə görüləcək işləri müzakirə ediblər. Mirzoyan və Kos iyulun 5-də komissarın İrəvana planlaşdırılan səfərinin gündəliyi ətrafında da fikir mübadiləsi aparıblar. Görüş zamanı regional proseslərə də toxunulub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kos   Mirzoyan  


Bizi "telegram"da izləyin