Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlayıb.
“Cenevrədə görüş başlamazdan əvvəl regionun bəzi ölkələrinə səfərlər nəzərdə tutulur. Bu turne ilə bağlı ətraflı məlumat bütün detallar razılaşdırıldıqdan sonra açıqlanacaq”, - deyə o, mətbuat konfransında bildirib.
Bəqayi əlavə edib ki, ABŞ ilə qarşılıqlı anlaşma memorandumunun imzalanma qaydası və mexanizmi ilə bağlı yekun qərar “bu gün və ya sabah” qəbul ediləcək.
Sevinc Əliyeva
Ordu.az