İlham Əliyevin Donald Trampa məktubu "Haber Global"ın gündəmində - VİDEO
Oxunub: 227
17:01
15 İyun 2026
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubunda Azərbaycan və ABŞ arasında münasibətlərin inkişaf etdirilməsində Trampın xüsusi rolunun olduğu vurğulanıb.
Ordu.az xəbər verir ki, bu barədə "Haber Global"da yayımlanan süjetdə məlumat verilib.
"Biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə göstərdiyiniz qətiyyətə görə də minnətdarıq. Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda biz Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük", - deyə telekanal Azərbaycan liderinin ABŞ prezidentinə ünvanlandığı təbrik məktubundan sitat gətirib.