NATO HHQ komandanı münaqişə halında Kalininqrad və Sankt-Peterburqa zərbə endirməklə hədələyib

2026/06/1781532202.jpg
Oxunub: 293     17:59     15 İyun 2026    
NATO Hərbi Hava Qüvvələrinin komandanı general Holger Noyman bildirib ki, Rusiyanın alyansa üzv hər hansı ölkəyə hücumu halında cavab olaraq bir sıra Rusiya obyektlərinə “dağıdıcı hava zərbələri” endiriləcək.

Ordu.az xəbər verir ki, general bu barədə “The Telegraph” qəzetinə müsahibəsində danışıb.

O, mümkün hədəflər sırasında Kalininqradı, Sankt-Peterburqu, Kola yarımadasını və Qara dənizdəki Rusiya donanmasını qeyd edib.

Noymanın sözlərinə görə, NATO qüvvələri istənilən mümkün təhdidə dərhal cavab verməyə hazırdır.

“Bu gecə döyüşmək o deməkdir ki, əgər indi kimsə mənə zəng edib belə bir vəziyyətin yarandığını desə, biz dərhal hazır olmalıyıq və hazırıq”, - deyə general bildirib.

Bununla yanaşı, o, Avropa ilə Rusiya arasında müharibənin baş verməyəcəyinə ümid etdiyini də vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Noyman   Rusiya  


Bizi "telegram"da izləyin