İran XİN: ABŞ gələcək razılaşmanın hər hansı pozuntusuna görə məsuliyyət daşıyacaq

2025/04/1745124556.jpg
Oxunub: 207     17:50     15 İyun 2026    
“ABŞ hazırlanmaqda olan razılaşmanın müddəalarının həm özü, həm də müttəfiqləri, o cümlədən İsrail tərəfindən pozulmasına görə məsuliyyət daşıyacaq”.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bəyan edib.

Onun sözlərinə görə, regionda heç kim İsrailin Vaşinqtonla razılaşdırmadan hər hansı ciddi addım ata biləcəyinə inanmır, buna görə də əldə olunacaq razılaşmaların mümkün pozuntularına görə bütün məsuliyyət ABŞ-nin üzərinə düşəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan nümayəndələri iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılan razılaşmanın əldə edildiyini təsdiqləmişdilər.

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadinin sözlərinə görə, razılaşma 60 günlük atəşkəsi, İranın nüvə proqramı ətrafında danışıqları, iyunun 15-dən etibarən ABŞ tərəfindən İranın dəniz blokadasının dayandırılmasını, eləcə də Livan daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqayi   İran   ABŞ  


Bizi "telegram"da izləyin