Marta Kos Ermənistana dəstək veriləcəyini və iyulun 5-də İrəvana səfər edəcəyini açıqlayıb

2026/06/1781527039.jpg
Oxunub: 189     16:35     15 İyun 2026    
Avropa İttifaqı Ermənistana maliyyə dəstəyi göstərəcək və ölkənin qonşu dövlətlər, eləcə də Avropa ilə ticarət əlaqələrinin asanlaşdırılmasına yardım edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

O bildirib ki, Rusiya Ermənistan üzərində təzyiqləri artırmaqda davam edir və ölkəni xalqın son seçkilərdə etdiyi demokratik seçimdən çəkindirməyə çalışır.

“Xarici İşlər Şurasının sabahkı iclası ərəfəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. İclas zamanı üzv dövlətlərlə birlikdə Ermənistana gələcək dəstəyin göstərilməsi və həmrəyliyimizin ifadə olunması məsələlərini müzakirə edəcəyik.

Biz maliyyə yardımı göstərəcək və Ermənistanın qonşu ölkələr, eləcə də Avropa ilə ticarət əlaqələrinin asanlaşdırılmasına dəstək verəcəyik.

İyulun 5-də bu istiqamətdə konkret addımların irəlilədilməsi məqsədilə İrəvana səfər edəcəyəm”, - deyə Marta Kos bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kos    


Bizi "telegram"da izləyin