Ordu.az xəbər verir ki, şirkət NATO standartlarına uyğun və çoxsahəli əməliyyat ehtiyaclarına cavab verən həlləri ilə müttəfiq ölkələr və beynəlxalq müştərilərlə əməkdaşlığı genişləndirməyi hədəfləyir.
ASELSAN-ın sərgidəki ən diqqətçəkən həllərindən biri sensorları, komanda-idarəetmə sistemlərini və zərbə vasitələrini vahid arxitekturada birləşdirən “Çelik Kubbe” hava və raketdən müdafiə konsepsiyası olub.
Müxtəlif təhdidlərə qarşı hazırlanmış sistem müasir əməliyyat mühitində koordinasiyalı və təbəqəli müdafiəni təmin etməyi nəzərdə tutur. Sərgidə nümayiş etdirilən sistemlərdən biri də aktiv fazalı anten şəbəkəsinə malik KALKAN II/M mobil axtarış radarıdır.
KALKAN II/M Pilotsuz Uçuş Aparatları (PUA), helikopterlər, təyyarələr və “hava-yer” təhdidləri daxil olmaqla müxtəlif hava hədəflərini aşkarlaya, izləyə və təsnif edə bilir. ASELSAN sürətlə yayılan PUA təhdidlərinə qarşı hazırladığı DRONEDEF konsepsiyasını da təqdim edir.
DRONEDEF çərçivəsində İHTAR, GÖKBERK, KORKUT 100/25 SB və EJDERHA sistemləri vahid müdafiə arxitekturasında birləşdirilib.
Konsepsiya kinetik məhvetmə vasitələrini, yönləndirilmiş enerji həllərini və elektromaqnit əks-tədbirlərini bir araya gətirərək müxtəlif sinif PUA-lara qarşı çoxqatlı müdafiə yaratmağı hədəfləyir.
Şirkət həmçinin KORAL AD radar radioelektron mübarizə sistemini də nümayiş etdirir. KORAL AD düşmən radarlarını aşkar etmək, təhlil etmək və təsirsiz hala gətirmək imkanlarına malikdir. Sistem xüsusilə yüksək təhdidli mühitlərdə qüvvələrin sağqalma qabiliyyətini artırmaq məqsədi daşıyır.
ASELSAN insanlı və insansız platformaların imkanlarını artırmaq üçün hazırladığı TOLUN L, TOLUN IRR və LGK dəqiq idarəolunan sursatlarını da sərgidə təqdim edir. Dəniz sahəsində isə şirkət KILIÇ insansız sualtı platformaları ailəsini nümayiş etdirir.
ASELSAN bildirir ki, insansız dəniz platformalarının əhəmiyyəti artdıqca KILIÇ ailəsi gələcəyin dəniz əməliyyatları üçün innovativ həllər təqdim etməyə davam edəcək.
Sevinc Əliyeva
Ordu.az