Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb

2026/06/thumb-1781531367.jpg
Oxunub: 205     17:44     15 İyun 2026    
Rusiyanın İrkutsk vilayətində Tu-22M3 təyyarəsi planlı təlim-məşq uçuşu zamanı enişə keçərkən qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, ekipaj katapult edib.

"Pilotların həyatı üçün təhlükə yoxdur. Yerdə dağıntı olmayıb. Təyyarə uçuşu döyüş sursatı olmadan həyata keçirirdi", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İrkutsk  


Bizi "telegram"da izləyin