Aleksandar Vuçiçin Gürcüstana səfər proqramı açıqlanıb

2026/02/1771166392.jpg
Oxunub: 184     15:19     15 İyun 2026    
Serbiya Prezidenti Aleksandar Vuçiçin iyunun 15-17-də Gürcüstana baş tutacaq rəsmi səfərinin proqramı açıqlanıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Serbiya Prezidenti Tbilisidə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcək.

Bununla yanaşı, onun Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili və Gürcüstan Pravoslav Kilsəsinin Katolikos-Patriarxı III Müqəddəs Şio ilə görüşləri nəzərdə tutulub.

Səfər proqramına əsasən, prezident Vuçiç Gürcüstanın Kaxeti regionuna və Alaverdi monastırına baş çəkəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Gürcüstan  


Bizi "telegram"da izləyin