Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Hyustonda keçirilən enerji konfransında çıxış edən Rayt qeyd edib ki, bu həcm ABŞ-İsrail və İran arasında qarşıdurmanın başlamasından sonra Hörmüz boğazında bloklanan neft axınının təxminən yarısını təşkil edir.
“Biz son dövrlərdə başladılmış və çox danışılmayan hərbi əməliyyat həyata keçiririk. Bu əməliyyatın məqsədi yüklərin daşınmasını təmin etməkdir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda Hörmüz boğazı vasitəsilə İran neftinin ixracı həyata keçirilmir.
Rayt vurğulayıb ki, tərəflər arasında razılaşma əldə olunarsa, Fars körfəzində sərbəst gəmiçilik və bütün yüklərin daşınması bərpa ediləcək.
Nazir əlavə edib ki, hətta razılaşma əldə olunmasa belə, ABŞ hərbçiləri regiondan neft tədarükünün bərpası istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.
Neft bazarı üzrə ekspertlər isə bildiriblər ki, gündəlik 7 milyon barel göstəricisi əvvəlki gözləntilərdən xeyli yüksəkdir.
Analitiklərin böyük hissəsi daha əvvəl hesab edirdi ki, Hörmüz boğazından gündəlik cəmi 3-4 milyon barel neft keçir.
Kris Rayt həmçinin İranla mümkün razılaşma əldə olunacağı təqdirdə Tehrana qarşı sanksiyaların qismən yumşaldılmasının mümkün olduğunu bildirib.
Bundan başqa, o qeyd edib ki, ABŞ administrasiyası yay aylarında benzindən tutulan federal verginin müvəqqəti ləğvini nəzərdən keçirir.
Nazirin fikrincə, bu addım istehlakçılar üçün yanacaq qiymətlərinin aşağı düşməsinə kömək edə bilər.
Sevinc Əliyeva
Ordu.az