Çin ətrafındakı dənizlərdə gizli müharibə gedir

2025/08/2025--1755241966.jpg
Oxunub: 215     20:52     12 İyun 2026    
Xarici kəşfiyyat orqanları Çinin dəniz sularını izləmək üçün innovativ metodlardan, o cümlədən sensorları olan "casus" heyvanlardan istifadə edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Məlumata görə, dəniz heyvanlarına quraşdırılmış xüsusi qurğular suyun temperaturu, duzluluğu haqqında real vaxt rejimində məlumat ötürməyə qadirdir: "Bu cür texnologiyalardan dəniz dibini xəritələşdirmək və sualtı qayıqların fəaliyyətini izləmək üçün istifadə edilir. Çin ətrafındakı dənizlərdə görünməz gizli müharibə gedir".

Kəşfiyyat orqanlarının məlumatına görə, casus avadanlığı tısbağalar və balıqlar tərəfindən daşınır.

Bu, Çin hakimiyyətinin öz ərazi sularında xarici casus cihazlarının aşkarlandığını elan etməsi ilə bağlı ilk fakt deyil. 2024-cü ildə Çinin milli təhlükəsizlik rəsmiləri Çinin dəniz fəaliyyəti haqqında məlumat toplamaq üçün hazırlanmış bir neçə belə cihazı ələ keçiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Dəniz  


Bizi "telegram"da izləyin