İran və Fransa xarici işlər nazirləri regiondakı vəziyyəti müzakirə ediblər

2026/06/1781285903.jpg
Oxunub: 215     21:40     12 İyun 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı tərəflər regionda mövcud vəziyyəti və Pakistanın vasitəçiliyi ilə davam edən diplomatik proseslərin inkişafını müzakirə ediblər.

Nazirlər ikitərəfli münasibətlər, regional vəziyyət və Pakistanın vasitəçilik təşəbbüsləri ilə bağlı diplomatik təmasların dinamikası da daxil olmaqla geniş məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Fransa  


Bizi "telegram"da izləyin