Məhkəmə erməni politolqun barəsində qətimkan tədbiri məsələsinə baxır

2026/06/1781282165.jpg
Oxunub: 196     20:34     12 İyun 2026    
Erməni politoloq Alen Gevondyanın barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə baxışı bu gün saat 19:30-da Acapnyak-1 məhkəmə binasında keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə onun vəkili Varazdat Harutyunyan bildirib.

Daha əvvəl Ermənistan İstintaq Komitəsi bildirmişdi ki, T.V. və A.G. (Alen Gevondyan) informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, öz “Facebook” hesablarında hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun zorakılıq yolu ilə devrilməsinə çağırışlar ediblər.

“Daxil olmuş məlumatlar əsasında Ermənistan İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin araşdırılması üzrə baş idarəsində iki cinayət işi başlanıb. Həmin işlər çərçivəsində T.V. və A.G.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ictimai cinayət təqibi başladılıb. Bu maddə informasiya və ya kommunikasiya texnologiyalarından istifadə etməklə hakimiyyətin ələ keçirilməsinə və konstitusiya quruluşunun zorla devrilməsinə yönəlmiş açıq çağırışları nəzərdə tutur”, - deyə açıqlamada bildirilib.

Məlumata görə, T.V. barəsində qətimkan tədbiri kimi həbs seçilib və o, axtarışa verilib.

A.G. isə onun barəsində məhkəməyə qətimkan tədbiri təqdim edilməsi məqsədilə saxlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gevondyan   Ermənistan  


Bizi "telegram"da izləyin