Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Misirin Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda tərəflərin mövcud diplomatik imkanlardan yararlanaraq qalan fikir ayrılıqlarını aradan qaldıra biləcəklərinə ümid ifadə olunub.
Bəyanatda qeyd edilib ki, mövcud imkanlardan istifadə olunaraq həllini tapmamış məsələlər üzrə razılıq əldə edilməli, müharibənin dayandırılması üçün şərait yaradılmalı və regional sabitliyin yeni mərhələsinə başlanmalıdır.
Qahirənin bu mövqeyi ABŞ Prezidenti Donald Trampın İranla bağlı ritorikasını yumşaltması və Tehrana qarşı yeni zərbələr endirilməsi ilə bağlı əvvəlki təhdidlərindən geri çəkilməsi fonunda səsləndirilib.
Məlumata görə, Vaşinqton və Tehran arasında diplomatik səylərin yenidən canlanması ehtimalı ilə bağlı yeni siqnallar müşahidə olunur.
Misir hesab edir ki, tərəflər arasında dialoqun davam etdirilməsi regionda gərginliyin azalmasına və sabitliyin möhkəmlənməsinə töhfə verə bilər.
Sevinc Əliyeva
Ordu.az