Ermənistanda seçki məntəqəsinin nəticələri etibarsız sayılıb

2026/06/1781265380.jpg
Oxunub: 246     15:58     12 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyası 12/13 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilib.

Məlumata görə, 12 saylı dairə seçki komissiyası xidmət ərazisinə daxil olan 12/13 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib.

Buna səbəb səsvermə günü 8 nömrəli seçki bülleteninin məntəqədə olmaması göstərilib. Qərara əsasən, həmin məntəqədə səsvermədə iştirak etmiş 809 nəfərin hamısı uyğunsuzluq göstəricisi kimi qeydə alınıb.

Məntəqənin yekun protokolunda digər bütün nəticələr, uyğunsuzluq göstəricisi istisna olmaqla, sıfır kimi rəsmiləşdirilib. Hadisə ilə bağlı materiallar araşdırılması üçün prokurorluğa göndərilib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası 35/65 və 10/51 saylı seçki məntəqələrinin nəticələrini də etibarsız hesab etmişdi. Məlumata görə, həmin iki məntəqədə “Çiçəklənən Ermənistan” partiyası 213 səs, 12/13 saylı məntəqədə isə 9 səs toplamışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin