Ordu.az-ın xəbərinə görə, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib.
O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses 1 iyula təyin olunub.
Xatırladaq ki, S. Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. S. Səmədov DTX tərəfindən həbs edilib. O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub.
Ordu.az