Ağ Ev: ABŞ-İran danışıqları davam edəcək

2026/05/1779901040.jpg
Oxunub: 289     16:45     10 İyun 2026    
ABŞ və İran arasında sülh yolu ilə nizamlanma məsələləri üzrə danışıqlar, ölkə prezidentinin Tehrana qarşı təzyiqlərin gücləndirilə biləcəyi ilə bağlı son bəyanatlarına baxmayaraq, davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin yüksəkvəzifəli nümayəndəsi "Fox News Digital"ə müsahibəsində bildirib.

"Danışıqlar davam edir", - o deyib.

Onun sözlərinə görə, ABŞ "Apache" helikopterinə edilən hücuma artıq cavab verib.

"ABŞ "Apache" helikopterinə edilən hücuma cavab verib və razılaşma əldə etmək üçün maksimum təzyiq göstərməyə davam edəcək", - administrasiya nümayəndəsi qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın elektrik stansiyaları və körpülərinə yeni zərbələr endirilməsi barədə əmr verə biləcəyini bildirmişdi.

Xatırladaq ki, iyunun 9-da ABŞ-nin "AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin