Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, prokuror Karapet Quloyana həbs qoyulmuş əmlakla bağlı qanunsuz hərəkətlər etmək ittihamı ilə ictimai cinayət təqibi başladıb.
Qeyd edək ki, Karapet Quloyan “Çiçəklənən Ermənistan” Partiyasının lideri, erməni oliqarx Qaqik Sarukyanın qızı Roza Sarukyanın həyat yoldaşıdır.
İttihama əsasən, Quloyan Ermənistanın Antikorrupsiya Məhkəməsinin əmlak üzərində sərəncam verilməsi ilə bağlı tətbiq etdiyi qadağadan xəbərdar olsa da, yaşayış evinin xarici və daxili divarlarına, eləcə də zirzəmi hissəsinə ziyan vurub, üzlük plitələrinin sökülməsini, qapı və pəncərələrin çıxarılmasını təşkil edib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 29-da Dilicanda keçirilən seçkiqabağı kampaniya zamanı Quloyanın evinin artıq dövlət mülkiyyətinə keçdiyini, lakin onun evdən əmlak çıxardığını və bununla bağlı yeni cinayət işinin açıldığını bildirmişdi.
Paşinyan həmçinin evin divar daşlarının sökülərək aparıldığını qeyd etmişdi.
Alpər Mövludoğlu
Ordu.az