Tramp: "İran əlverişli razılaşmadan imtina etdiyinə görə bədəl ödəyəcək"

2026/06/1780599312.jpg
Oxunub: 207     15:17     10 İyun 2026    
İran Tehran üçün əlverişli olan razılaşma ilə bağlı danışıqları uzatdığına görə bədəl ödəyəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

Tramp bəyan edib ki, İranın Silahlı Qüvvələri sarsıdıcı məğlubiyyətə uğrayıb, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri də daxil olmaqla onların hərbi potensialının əhəmiyyətli hissəsi məhv edilib:

"İran yalnız danışır, amma heç nə etmir. Yaxın Şərqin xuliqanı ölüb! Onlar özləri üçün çox sərfəli olacaq bir razılaşmanın əldə edilməsini çox uzatdılar və indi bunun bədəlini ödəməli olacaqlar!".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin