Si Cinpin: “Çin və Şimali Koreya münasibətləri tarixi yeni mərhələyə qədəm qoyub”

2026/06/1781074724.jpg
Oxunub: 218     10:50     10 İyun 2026    
Çin Prezidenti Si Cinpin bəyan edib ki, Çin və Şimali Koreya arasındakı münasibətlər tarixi yeni inkişaf mərhələsinə daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, Si Cinpin bu fikirləri Şimali Koreya lideri Kim Çen Ina ünvanladığı təşəkkür teleqramında ifadə edib.

“Uğurlu səfərə görə minnətdaram. Çin-Koreya münasibətləri artıq tarixi yeni mərhələyə qədəm qoyub”, - deyə teleqramda qeyd olunub.

Bildirilib ki, iki ölkə liderlərinin görüşü zamanı əldə edilən mühüm razılaşmalar Çin və Koreya münasibətlərinə yeni məzmun qazandırıb.

Teleqramda vurğulanıb ki, tərəflər ənənəvi dostluğu möhkəmləndirmək, birgə inkişaf və rifahı təşviq etmək, həm regionda, həm də dünyada sülh və sabitliyi təmin etmək əzmini nümayiş etdiriblər.

Si Cinpin həmçinin Kim Çen Ina, Koreya Xalq Demokratik Respublikası rəhbərliyinə və xalqına Çin nümayəndə heyətinə göstərilən səmimi qəbula görə təşəkkür edib.

Çin lideri gələcəkdə Kim Çen Inla yenidən görüşəcəyinə ümid etdiyini və iki ölkə arasındakı dostluq əlaqələrinin daha da güclənməsini arzuladığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cinpin   Çin   KXDR  


Bizi "telegram"da izləyin