“Rosselxoznadzor” Ermənistandan Rusiyaya daxil olan məhsullara aylıq monitorinq aparır

2026/06/1781072110.jpg
Oxunub: 229     10:15     10 İyun 2026    
“Rosselxoznadzor” Ermənistandan Rusiya bazarına daxil olan məhsullar üzərində hər ay monitorinq həyata keçirir.

Ordu.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Sergey Dankvert Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya bazarına daxil olan məhsullar hər ay təhlil edilir və hər hansı məhsul üzrə pozuntuların artımı müşahidə olunduqda tərəflər arasında danışıqlar başlanır.

Dankvert qeyd edib ki, monitorinq nəticələrinə əsasən müvafiq qərarlar qəbul edilir.

Xatırladaq ki, mayın 30-dan etibarən “Rosselxoznadzor” Ermənistan mənşəli təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin Rusiyaya idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

İyunun 2-dən etibarən isə albalı, gilas, ərik, şaftalı, gavalı, nektarin və üzüm tədarükünə də analoji məhdudiyyətlər qoyulub.

Bundan əlavə, iyunun 3-dən Ermənistan mənşəli tumlu meyvələrin, badımcanın, kartofun və quru meyvələrin idxalı da məhdudlaşdırılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rosselxoznadzor   Ermənistan  


Bizi "telegram"da izləyin