“Ermənistanda seçkilər müxalifətə görünməmiş təzyiqlərlə müşayiət olunub” - Zaxarova

2026/06/1781072060.jpg
Oxunub: 333     10:12     10 İyun 2026    
“Ermənistanda keçirilən parlament seçkiləri müxalifətə qarşı görünməmiş təzyiqlər və Qərbin müdaxiləsi şəraitində baş tutub”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində çıxışı zamanı bildirib.

“Ermənistanda seçkilər hakimiyyət tərəfindən müxalifətə qarşı görünməmiş təzyiqlərlə müşayiət olunub”, - deyə Zaxarova qeyd edib.

O qeyd edib ki, seçkilər həmçinin “Qərbin görünməmiş müdaxiləsi” şəraitində keçirilib.

Rusiya XİN nümayəndəsi çıxışında seçki prosesinə dair əlavə təfərrüatlar açıqlamayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Zaxarova  


Bizi "telegram"da izləyin