ABŞ nüvə çəkindirməsi də daxil olmaqla, Yaponiyanı müdafiə etmək öhdəliyini təsdiqləyib

2021/10/14-1633415818.jpg
Oxunub: 279     09:01     10 İyun 2026    
ABŞ nüvə çəkindirməsi də daxil olmaqla, bütün müdafiə imkanlarından istifadə ilə Yaponiyanı müdafiə etməyə davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Tokioda keçirilən Yaponiya-Amerika genişləndirilmiş dialoqunun yekunlarına dair birgə bəyanatda deyilir.

"ABŞ nüvə çəkindirməsi də daxil olmaqla, bütün müdafiə imkanlarından istifadə ilə Yaponiyanı müdafiə etmək öhdəliyini bir daha təsdiqlədi", - sənəddə qeyd olunur.

Bəyanatda vurğulanır ki, Yaponiya öz növbəsində Amerika qüvvələrinə və onların sülhməramlı əməliyyatlarına dəstəyini bir daha təsdiqləyib.

Tərəflər, həmçinin artan regional nüvə təhlükəsi fonunda Amerika nüvə qüvvələrinin modernləşdirilməsi, uyğunlaşmasını və Yaponiyanın müdafiə siyasətini müzakirə ediblər.

Bundan əlavə, Tokio Vaşinqtonu silahlanmaya nəzarət məsələsində Çin və Rusiya ilə əməkdaşlıq da daxil olmaqla, silahlanma yarışının qarşısının alınması ilə bağlı beynəlxalq dialoqu gücləndirməyə çağırıb. Tərəflər həmçinin KXDR-in tam nüvəsizləşdirilməsi zərurəti ilə bağlı mövqelərini bir daha təsdiqləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin