Yaponiya İran ətrafındakı vəziyyətdən narahatlığını bildirib

2026/06/1781067651.jpg
Oxunub: 210     08:30     10 İyun 2026    
Yaponiya hökuməti İran ətrafındakı hadisələrin inkişafını yaxından izləyir və gələck eskalasiyaya yol verilməyəcəyinə ümid edir.

Ordu.az-ın məlumatına görə, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara ənənəvi mətbuat konfransında bildirib.

"Hökumət ABŞ və İran arasında qeyd etdiyiniz zərbə mübadiləsini daim yüksək səviyyədə narahatlıqla izləyir. Mövcud məlumata görə, tərəflər arasında ilkin razılaşma memorandumunun imzalanması üçün danışıqlar davam edir və ümid edirik ki, vəziyyət daha da gərginləşməyəcək", - o qeyd edib.

Kihara vurğulayıb ki, Tokio münaqişənin tez bir zamanda həllinə nail olmaq üçün beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində diplomatik səyləri davam etdirmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   İran  


Bizi "telegram"da izləyin