İran Bəhreyn, Küveyt və İordaniyadakı ABŞ bazalarına hücum edib

2026/06/1781067518.jpg
Oxunub: 336     09:00     10 İyun 2026    
İran çərşənbə günü səhər saatlarında Bəhreyn, Küveyt və İordaniyada yerləşən ABŞ hərbi bazalarına qarşı raket və Pilotsuz Uçuş Aparatı (PUA) hücumları həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid məlumat yayıb.

Məlumata görə, İran ən azı dörd ballistik raket və bir neçə PUA-nı regiondakı ABŞ hərbi obyektlərinə doğru buraxıb.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Operativ Donanmasının bazasına zərbə endirdiyini açıqlamışdı.

Küveyt ordusu isə hava hücumundan müdafiə sistemlərinin “düşmən hava hədəflərini” məhv etmək üçün fəaliyyətə başladığını bildirib.

İran tərəfinin məlumatına görə, hücumun əsas hədəflərindən biri Küveytdə yerləşən “Əli əl-Salem” aviabazası olub.

İslam İnqilabı Keşikçiləri Korpusu həmçinin uzaqmənzilli bərk yanacaqlı raketlərdən istifadə etməklə İordaniyadakı “Muvaffaq əl-Salti” aviabazasına da zərbə endirildiyini açıqlayıb.

Bildirilib ki, həmin aviabazada ABŞ-yə məxsus qırıcı təyyarələr yerləşdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Zərbə  


Bizi "telegram"da izləyin