“Hraparak”: Hərbçilərin səsi olmasaydı, Zodda “Vətəndaş Müqaviləsi” məğlub olardı

2026/06/1781064776.jpg
Oxunub: 231     08:06     10 İyun 2026    
“Ermənistanın Göyçə vilayətinin Zod yaşayış məntəqəsində hərbçilərin səsi olmasaydı, hakim “Vətəndaş Müqaviləsi” Partiyası seçkilərdə ağır məğlubiyyətlə üzləşərdi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasından hərbçilərin hansı seçki məntəqələrində səs verdiyini öyrənməyə çalışsalar da, onlara bu məlumatın açıqlanmadığı bildirilib.

“Açıq mənbələrdə dərc olunan məlumatların müqayisəsi nəticəsində Zodda seçkilərdə neçə hərbçinin iştirak etdiyi müəyyənləşdirilib.

Seçkilərdən bir həftə əvvəl Daxili İşlər Nazirliyi seçki məntəqələri üzrə seçicilərin sayını açıqlayıb. Həmin məlumata əsasən, Zod yaşayış məntəqəsində seçki hüququ olan 695 nəfər qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə isə həmin məntəqədə səsvermədə 1183 nəfər iştirak edib. Onlardan 517 nəfəri əsas seçici siyahısından olub. Qalan 666 nəfər isə hərbçilər və məhkəmə qərarı ilə həmin gün səsvermə hüququ əldə etmiş şəxslərdir”, - deyə müəllif bildirib.

Nəşr vurğulayır ki, Göyçə vilayətində seçki hüququ almaq üçün məhkəməyə cəmi 4 nəfər müraciət edib. Səsvermənin nəticələrinə görə isə “Vətəndaş Müqaviləsi” Partiyası bu məntəqədə 718 səs toplayıb.

“Bu o deməkdir ki, 447 nəfər digər 17 siyasi qüvvəyə səs verib, 19 bülleten isə etibarsız sayılıb. Əgər 666 hərbçi seçkilərdə iştirak etməsəydi, “Vətəndaş Müqaviləsi” bu seçki məntəqəsində cəmi 10-20 səs toplayaraq darmadağınedici məğlubiyyətə uğrayardı”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin