Ordu.az-ın məlumatına görə, Kubanın ABŞ-dəki səfiri Lianis Torres Rivera bu barədə "Associated Press"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton Havananın təhlükə doğurması təəssüratını yaratmağa çalışır, lakin Kuba ABŞ üçün heç bir təhlükə yaratmır və qarşıdurmaya can atmır.
"Liderlərimizə qarşı sanksiyaları Amerika xalqının bizim təhlükə yaratdığımızı düşünməsinə səbəb olmaq üçün bəhanə kimi görürük. Biz ABŞ üçün təhlükə deyilik və qarşıdurma istəmirik", - diplomat deyib.
L.T.Rivera Kubaya qarşı mövcud məhdudiyyətləri "bombasız müharibə" adlandıraraq, bunların enerji təchizatına məhdudiyyətlər də daxil olmaqla təzyiqin bir hissəsi olduğunu iddia edib.
O, həmçinin vurğulayıb ki, Kubanın siyasi sistemini güc və ya məcburiyyət yolu ilə dəyişdirmək üçün edilən hər hansı cəhd müqavimətlə qarşılanacaq.
Ordu.az