Ordu.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanda keçirilmiş parlament seçkilərinin yekunlarına dair bəyanatında bildirilib.
"Rumıniya bu regionun möhtəşəm potensialını tam şəkildə reallaşdıra bilmək üçün Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin olmasında dərindən maraqlıdır. Biz həm region dövlətləri ilə ikitərəfli münasibətlər çərçivəsində, həm də Avropa İttifaqına üzv dövlət kimi bu məqsədə çatmağa yönəlmiş bütün səyləri dəstəkləyirik", - XİN-in məlumatında qeyd olunub.
Ordu.az